turklehceleri.org

fasilə

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

fasilə

is. [ər.]
1. İşin, fəaliyyətin müvəqqəti dayandırılması; işin, fəaliyyətin müvəqqəti dayandırıldığı, ara verdiyi vaxt, müddət. Murad bir anlıq fasilədən sonra davam etdi. İ.Əfəndiyev. Dilbər nahar fasilələrində kolxozçulara qəzet oxuyur, ictimai və siyasi mövzularda söhbətlər edirdi. Ə.Sadıq. // Bir işin qurtarması və başqa işin başlanması arasındakı qısa vaxt, müddət. Bədii özfəaliyyət dərnəklərinin müsamirəsi başlanmazdan əvvəl fasilə elan edildi. S.Rəhimov.
2. Tənəffüs, aravermə. “Marselyoza” və başqa mahnıları bilən yoldaşlarımız dərslərin arasındakı fasilələrdə sinfin qapısını bağlayıb, mahnı oxuyur, biz də onlarla xor təşkil edirdik. T.Ş.Simurq. • Fasilə vermək – ara vermək, işi, fəaliyyəti arada saxlamaq, dayandırmaq; tənəffüs vermək. İşə bir qədər fasilə vermək lazımdır.
3. Məsafə, ara. Amma “Həblülmətin” [qəzeti] bunu görmür və bilmir, ondan ötrü ki, Osmanlı ilə Kəlkətənin fasiləsi çoxdur. C.Məmmədquluzadə.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

fasilə

I. ara, məsafə, müddət, vaxt
{ara, mesafe, müddet, vakit}

II. tənəffüs, durğu
{teneffüs, mola}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

fasilə

fasıla, mola


Last searches: