turklehceleri.org

eşmək

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

eşmək

I. f.
1. Qazımaq, qazıyıb açmaq, qurdalamaq (torpağı, qumu, külü və s.-ni). ..[Pələng də] məni görmüşdü. Pəncəsi ilə acıqlı-acıqlı yeri eşir, dırmalayırdı. A.Şaiq. Səlim ilğım kolunun dibini balaca bel ilə eşməyə başladı. S.Rəhimov
2. Burmaq. Bığını eşmək. – [Koroğlu] pələ bığlarını eşib qulaqlarının dalına keçirdi. “Koroğlu”. ..Məmməd kişi kababı yeyib yağlı əlləri ilə bığlarını eşdi. S.Rəhman.
3. Barmaqla hazırlamaq, sarımaq. [Daşdəmir:] Çox yaxşı tütündür, birini eşin, dadına baxın. M.Rzaquluzadə. • Papiros eşmək – tütünü papiros kağızı arasına qoyub sarımaq, papiros hazırlamaq. İskəndər itdən əl çəkib, həvəsli və kefli, şlyapasını krovatın üstünə çırpıb başlayır papiros eşməyə. C.Məmmədquluzadə. Qafar eşib müştüyə keçirtdiyi papirosuna bir-iki qullab vurdu. Ə.Əbülhəsən.
4. Hörmək. İp eşmək. – Bir ipək və ya keçə qurşağı .. eşərdilər. Buna turna deyərdilər. H.Sarabski. Qız-gəlinlər gün doğmamış oyanır; Gur saçına sığal verib eşməyə. R.Rza.
5. məc. Əlləşdirmək, axtarmaq, araşdırmaq, qurdalamaq, töküşdürmək. Qazı .. kitabları eşib bir qara cildli kitab götürüb açdı. C.Məmmədquluzadə.

II. is. məh. Yaxası xəzli, gödəkqollu, qadın üst geyimi.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

eşmək

I. qazımaq
{kazmak}

II. burmaq
{burmak}

III. sarımaq, dolamaq
{sarmak, dolamak}

IV. əlləşmək, axtarmaq, töküşdürmək, qurdalamaq
{eşelemek, aktarmak, karıştırmak, kurcalamak}

V. hörmək, toxumaq
{örmek, dokumak}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

eşmək

eşmek


Last searches: