turklehceleri.org

eybəcər

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

eybəcər

sif.
1. Xarici görünüşcə eyibli, nöqsanlı, çirkin; kifir. Eybəcər qız. Eybəcər uşaq. – Fərhad xan bığıburma, yekəqarın, eybəcər bir pəhləvan idi. (Nağıl). Çünki onun, boy-buxununa görə, böyük olan başı tükdən daha da iriləşir, gözə bir az eybəcər gəlirdi. Ə.Əbülhəsən. // İs. mənasında. Eybi eylər eybəcər, soğanı yeyər dərdəcər. (Ata. sözü). Gördü gölün içində baxır ona bir nəfər; Bir bədheybət, eybəcər. R.Rza. // Bədəninin bir yerində nöqsan olan. Eybəcər gözlü qız. Eybəcər barmaqlı əl.
2. məc. Təhrif edilmiş, korlanmış, biçimsiz, yöndəmsiz, mənasız, iyrənc, qeyri-adi. // Xoşa gəlməyən, nifrət oyandıran, çox pis, çirkin. Müdhiş və eybəcər bir səslə vıyıldayaraq gələn minalar yalnız əsgərləri deyil, yeri-göyü də sarsıdırdı. M.Hüseyn.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

eybəcər

I. çirkin, kifir
{çirkin, kötü}

II. yöndəmsiz, iyrənc
{biçimsiz, iğrenç}


Last searches: