eveşik
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
ev-eşik
is. Ev, ailə, mülk və s.; ümumiyyətlə, evlə bağlı hər şey. Ev-eşiyi əlindən çıxmaq. Ev-eşik düzəltmək. – [Bəkir:] Ev-eşiyimiz bərbad olub, var-yoxumuz əldən gedəndən sonra üzə çıxıb nə edəcəyik? N.Vəzirov. [Hacı Nəsir:] ..Bu gündən bu eveşiyin xanımı sənsən, ancaq səndən təvəqqe edirəm ki, bu oğluma həqiqi analıq edib ürəkdən sevəsən. S.S.Axundov. • Ev-eşik düzəltmək – özü üçün ev və ailə qurmaq. Telli dişi ilə, dırnağı ilə çalışmış, axır İslam üçün əməlli-başlı bir ev-eşik düzəltmişdi. S.Hüseyn. Ev-eşik sahibi (yiyəsi) olmaq – bax. ev olmaq, ev yiyəsi olmaq (“ev”də). [Cahan xala:] Neçə vaxtdır ki, mən sənə deyirəm: – Əsgər, gəl evlən, ev-eşik yiyəsi ol, oğul-uşaq sahibi ol. Ü.Hacıbəyov. Gülarə ilə evlənmək, bir neçə müddətdən sonra oğuluşaq atası və ev-eşik sahibi olmaq fikri onun beynindən bir an çıxmırdı. Ə.Vəliyev.