enlikürək
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
enlikürək
(=enlikürəkli) sif. Kürəyi enli olan. Enlikürək adam. – [Dəli Həsən] baxdı ki, bu [atlı] əynində çuxa, ayağında bağdadı başmaq, başında tirmə şal, enlikürək, qarnıyoğun bir kişi idi. “Koroğlu”. Səkinə iftixar dolu gözlərlə .. enlikürək, ucaboylu, çatmaqaşlı və qartalgözlü oğlunu süzdü. M.İbrahimov. [Dirsə xan] yaşına görə boylu, enlikürəkli, qarayanız bir oğlandı. M.Rzaquluzadə.