turklehceleri.org

ehmal

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

ehmal

[ər.]
1. zərf Yavaş, yavaşca, sakit, asta, üsullu. Qapını ehmal açmaq. Sözü ehmal demək. – Bir para söz də deyir ehmal kişi! Ağzıdualı, qoca baqqal kişi! M.Ə.Sabir. Novruzəli kağızı ehmal qoydu qoynuna.. C.Məmmədquluzadə. Başımı yavaşca qovzayıb yan-yörəmə baxdım. Heyvan sümüyündən və zibilindən savayı bir şey görmədim. Ehmal qalxıb, Allahı çağıra-çağıra süründüm lağıma doğru. Çəmənzəminli.
2. is. klas. Aldırmama, əhəmiyyət verməmə, fikir verməmə, etina etməmə, etinasızlıq, başısoyuqluq. Tez çəkməzsən cəfa tiğin məni öldürməyə; Öldürər axir məni bir gün bu ehmalın sənin. Füzuli. Vüsali-yar biəğyar, məclis xali, mey hazır; Nədir ehmalə bais, saqiya, öldüm, aman, doldur! S.Ə.Şirvani. • Ehmal etmək (eləmək) – fikir verməmək, əhəmiyyət verməmək, etina etməmək, aldırmamaq, başısoyuqluq göstərmək. ..Əgər bir kəs cüzvi ehmal eləsə, başını və qolunu xurd edərlər. M.F.Axundzadə. Bağa doğru get, eyləmə ehmal; Oğrunu tap o yerdə, börkünü al. M.Ə.Sabir. ehmal-ehmal zərf Yavaş-yavaş, astaasta, ağır-ağır; səs, gurultu salmadan. Ehmal-ehmal danışmaq. Ehmal-ehmal yerimək. – [Salman] salam verib ocağın qırağındakı balaca döşəkcənin üstündə oturdu, ehmal-ehmal hıqqıldamağa başladı. Ə.Vəliyev. Bağır kimisə hürküdəcəyindən qorxurmuş təkin pilləkəni ehmal-ehmal qalxdı və qapının ağzında ayaq saxladı. İ.Məlikzadə.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

ehmal

yavaş, sakit-sakit, asta, üsullu
{yavaş, sakin, aheste, usul}


Last searches: