turklehceleri.org

dərə

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

dərə

is.
1. İki dağ və ya təpə arasında, eləcə də düzənlikdə uzun dərin çuxur; vadi. Ey söyüdlü dərə, ey dumanlı dağ; Səfaya daldığım yerdir bu yerlər. M.Müşfiq.
2. Çay yatağı, çayın axdığı yer. Çəmənin üst tərəfi getdikcə uca, qarlı dağlara müttəsil olur və qabağında bir dərə var, içindən bir balaca çay axır. M.F.Axundzadə. Çöllər, dərələr dürlü çiçəklərlə bəzəndi; Dağdan, qayadan qar əridi, çaylara endi. A.Səhhət. ‣ Dərə xəlvət, tülkü bəy (Ata. sözü) – hərki-hərkilik, özbaşınalıq olan yer haqqında.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

dərə

çuxur, vadi
{çukur, vadi}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

dərə

dağ boğazı


Last searches: