turklehceleri.org

dərdisər

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

dərdi-sər

(=dərd-sər) is. [fars.] klas. Başağrısı, əziyyət, narahatlıq; qayğı, qeyd. Ey xuda, kim çəkər axırda gülabın bu gülün; Dərdisər dəfinə aləmdə bu dərman gülüdür. S.Ə.Şirvani. // Dərd-qəm, qayğı, fikir. ..Başıma dolanan, dərd-sərimi dağıdan, viran könlümü gülüstan edən Ruqiyyə idi, Ruqiyyə. A.Divanbəyoğlu. • Dərd(i)-sər çəkmək – narahatçılıq çəkmək, narahat olmaq. Biz almışıq arvad, olaq bəxtəvər; Almamışıq, gündə çəkək dərdi-sər. Ə.Nəzmi. [Çimnaz:] ..Baxanda deyirsən ki, dərd-sər çəkməyir, [Sona] arsızdır... Ə.Əbülhəsən. Dərd(i)sər vermək – başağrısı vermək, əziyyət vermək, narahat etmək. ..Axır bu dəlixana söhbəti nə bir söhbətdi ki, bunun üstə özünüzə də, bizə də bu qədər dərd-sər verirsiniz? C.Məmmədquluzadə. Bir nəfər havadar və qəmxarım yoxdur, yenə sizə ümidvar olub da, dərd-sər verməyə cəsarət edirəm. M.Ə.Sabir.


Last searches: