turklehceleri.org

dəf

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

dəf

I. is. [fars.] Xanəndə və dəfçalanların barmaqla çaldıqları, bir üzünə dəridən sələ çəkilmiş sağanaqdan ibarət çalğı aləti; qaval. Dəf çalmaq (vurmaq). Zınqırovlu dəf. – Çalsın dəfü-ney, naləvü-əfğan yola düşsün. M.P.Vaqif. Ənbər saçılır, qafileyi-ud gəlibdir; Guya ki, genə çəngü dəfü ud gəlibdir. S.Ə.Şirvani.

II. [ər.]
1. Özündən uzaqlaşdırma, sovuşdurma, rədd etmə. [Vəli:] Bizim borcumuz bunları dəf üçün hər yolla çalışmaqdır. Ə.Haqverdiyev. • Dəf etmək (eləmək) – ortadan qaldırmaq, bərtərəf etmək. [Əziz bəy:] Amma Ağa Həsən kimi nadürüstlərin hiyləsini və zərərini dəf edə bilər. M.F.Axundzadə. Dəf olmaq – uzaqlaşmaq, sovuşmaq, başdan olmaq, rədd olmaq, yox olmaq, ortadan qalxmaq.
2. Həmləni geri qaytarma, hücumun qarşısını alma, müqavimət göstərmə. • Dəf etmək – qaytarmaq, qarşısını almaq (hücumun və s.). Qoşun düşmənin hücumunu dəf etməyə çalışırdı. Çəmənzəminli. ..Nəhayət, ayın iyirmi doqquzundakı həmləsi də dəf edildikdən sonra, düşmən böyük tələfatla geri çəkilmişdi. Ə.Əbülhəsən.

III. is. məh. Xəmiri üstünə qoyub təndirə yapmaq üçün işlədilən alət.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

dəf

tef


Last searches: