turklehceleri.org

düşürmək

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

düşürmək

f.
1. Bir şeyi götürərək və ya başqa vasitə ilə aşağı endirmək, aşağı salmaq. Kitabları aşağı düşürmək lazımdır. – [Qadın:] Yox! Yalvarıram sənə! Amandır! Bu evdə mənə o qəndildən başqa bir şey lazım deyil; qurbanın olum, de ki, onu düşürüb mənə versinlər. Ə.Haqverdiyev. // Bir şeyin üstündən qaldırıb yerə qoymaq, bir yerdən düşməsinə kömək etmək. Uşağı atdan düşürmək. Yükü maşından düşürmək. – Dərbari-şahinin qapısında fərmanlar Yusif Sərracı atdan düşürdülər. M.F.Axundzadə. Qərənfil xala keçən il tikdirdiyi cücəgözü çit döşlüyü ilə yapışıb qazanı yerə düşürdü. Ə.Vəliyev.
2. Bilmədən əlindən buraxmaq, əlindən salmaq. Stəkanı əlindən düşürüb sındırdı. // Düşməsinə imkan vermək. Meyvələri tordan düşürə-düşürə (z.) gedirdi. Bütün şeylərini yolda düşürdü. // Bilmədən toxunaraq düşməsinə səbəb olmaq, salmaq, yıxmaq, devirmək. Dibçəkləri pəncərədən düşürmək.
3. məc. Alçaltmaq, endirmək, hörmətsiz etmək. Kollektivin gözündən düşmək.
4. Salmaq, məhrum etmək, devirmək. Padşahı taxtdan düşürdülər. Vəzifəsindən düşürmək. – ..Heç kəs çar istilasının əzəmətini düşürmək cürətində bulunmadı. M.S.Ordubadi.
5. Dərmək. Adam var, dolanar səhranı, düzü; Adam var, düşürər gülü, nərgizi. “Abbas və Gülgəz”. Bir gün qadınlarla çocuqlar moruq və çiyələk düşürməyə getmişdilər. A.Şaiq. // Dağıtmaq, qoparıb götürmək. Bir gün Kəblə Cahangir gördü ki, oğlu Ağabala divardan sərçə yuvası düşürür. Çəmənzəminli.
6. Salmaq, məruz etmək, düçar etmək. Pis vəziyyətə düşürmək. – Mən, zarafat deyil, ey sevdiciyim, can yıxıram!.. Sənsən, əlbət, düşürən bu qara sevdaya məni. S.Vurğun.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

düşürmək

I. endirmək, devirmək, salmaq
{indirmek, devirmek, bırakmak}

II. dağıtmaq, qoparmaq
{dağıtmak, koparmak}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

düşürmək

düşürmek


Last searches: