turklehceleri.org

dürdanə

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

dürdanə

is. [ər. dürr və fars. danə]
1. İnci (mirvari) dənəsi; inci, mirvari. // Klassik şeirdə: gözəlin dişlərinə işarə. Güləndə dişlərin ağzında, ey can; Sədəf içindəki dürdanəmizdir. Xətayi. Ağzın sədəf, dişlərindir dürdanə; Əcayib cəvahir, ləli sevmişəm. M.P.Vaqif.
2. məc. Çox əziz, sevgili, istəkli övlad mənasında. Balamsan, bir danəsən; Sədəfsən, dürdanəsən; Mən ölsəm sənə qurban; Sən ölmə, bir danəsən. (Bayatı).
3. məc. Bax dürr. Canlar tazələnir güftguyindən; Sözünün hər biri dürdanə gərək. Q.Zakir. Sən naz ilə gül ki, sədəfin qiyməti artsın; Göz yaşı kimi incisi, dürdanəsi məndən. Ə.Vahid.


Last searches: