dözmək
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
dözmək
f.
1. Davam gətirmək, tab gətirmək, səbirlə keçirmək, qatlaşmaq. Ağrıya dözmək. Əziyyətə dözmək. – Soyuq dəmir çəkicə dözər. (Ata. sözü). // Səbir etmək, təhəmmül etmək, səbirlə gözləmək. Dözürsən döz bu ayrılıq dağına; Mən dayannam, amma sən dayanmazsan! M.P.Vaqif. Dözə bilməm tənhalığın qəhrinə. Q.Zakir. Hər möhnətə dözərəm; Sına məni, sına, yar! Əhdimizə inan, yar! R.Rza.
2. Razılaşmaq, barışmaq, keçirmək, yol vermək. Belə şeylərə dözmək olmaz. – Yox, sən buna dözməzsən, elin vuran qolusan; Sən namus aşiqisən, şərəflisən, ulusan. M.Rahim.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
dözmək
I. tablamaq, qatlaşmaq
{dayanmak, katlanmak}
II. razılaşmaq, barışmaq
{anlaşmak, barışmak}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
dözmək
katlanmak