dumanlı
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
dumanlı
sif.
1. Dumanla örtülü, duman bürümüş. Dumanlı hava. Dumanlı göy. – Payızın dumanlı bir günü idi. A.Şaiq. Mən bir aşiqəm ki, bu çaldığım saz; Dumanlı dağlara səs salacaqdır. Ə.Cavad. Səsləyir yurdumun şeri, zinəti; Zirvəsi dumanlı o dağlar məni. M.Dilbazi. // Tüstülü, tüstü ilə dolmuş. [Çocuqlar] ..külbə önündə oynarkən birdənbirə havanın dumanlı bir alov ilə qızardığını gördülər. A.Şaiq. Hüseyn göydə deyil, yığıncaqdadır; Dumanlı, tüstülü bir otaqdadır. M.Rahim.
2. məc. Qarışıq, tutqun, aydın olmayan. [Şeyx Hadi:] Tutsa afaqi şöleyi-hikmət; Onu duymaz dumanlı gözlər, əvət! H.Cavid. Bəşər qardaşlığı tərk etmiş, əfsus! Hər əməl dumanlı xülyaya bənzər. S.Vurğun. // məc. Üstüörtülü, qeyri-müəyyən, anlaşılmaz. Dumanlı danışıq. Dumanlı fikir. Dumanlı məsələ.
3. məc. Kədərli, tutqun. Dumanlı çöhrə. – Nümayəndələr sədrin buludlu və dumanlı üzünü gördükdə onun hələ də acıqlı olduğunu yəqin etdilər. M.İbrahimov.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
dumanlı
I. sisli
{sisli}
II. qarışıq, tutqun
{karışık, bulanık}
III. kədərli, tutqun
{kederli, dertli}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
dumanlı
müphem
Last searches:
- ustachilik,
- elam<,
- sürgi,
- Xoşbəxt,
- teklipname,
- Çürçüt,
- ostona,
- hemdert,
- tovoq,
- fisebilillah,
- budamaq,
- hazy,
- Pezevenk,
- cultivated,
- avarçı,
- xırdalamaq,
- tyre,
- vend,
- ha,
- bilakis,
- erginleşmek,
- dumanlı