turklehceleri.org

donquldanmaq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

donquldanmaq

f.
1. Narazı halda özözünə, yavaşcadan anlaşılmaz sözlər danışmaq; deyinmək, narazılıq izhar etmək. ..O arvaddan həzər etmək ki, sübhdən-axşamacan dodağının altında həmişə donquldana. N.Vəzirov. Allahqulu donquldana-donquldana (z.) qapıdan çıxdı. Çəmənzəminli. // məc. kin. Ala-babat, pis danışmaq mənasında. Modabaz və meşşan qadınlardan bəhs edən ədib deyir ki, əlbəttə, belə anaların tərbiyə etdiyi uşaqlar .. firəngcə donquldanacaqlar. M.Arif.
2. Heyvanlar haqqında: hirslənmə əlaməti olaraq yavaşcadan acıqlı səslər çıxarmaq; mırıldanmaq. Qaraca qız özünü mağaranın dar yerinə yetirdi. Ayı isə dar yerə soxula bilmədi. Bir az donquldanıb mağaranın ağzında yatdı. S.S.Axundov.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

donquldanmaq

dəyinmək, mırtıldamaq
{söylenmek, mırıldanmak}


Last searches: