donluq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
donluq
I.
1. sif. Dona yarayan, paltarlıq. Donluq parça.
2. is. Dona (paltara) yarayan parça; paltarlıq. 6 metr donluq aldım. – Şəhərin tüccarı və alış-veriş adamları qaydanı gərək pozmasınlar. Qalabəyinin arvadına və qızına təzə çıxan parçalardan donluq göndərsinlər. F.Köçərli. // Don, paltar. Xidmətçi əllərini donluğu ilə ovalayaraq: – Hər şey, – deyə masa üzərində qoyulmuş yemək siyahısını ona doğru uzatdı. A.Şaiq.
II. is. dan. Maaş, əmək haqqı, aylıq. [Tükəzban təlimatçıya:] Bir yaxşı donluq da vermirsiniz ki, ata verdiyim arpasamanın pulu çıxsın, barı.. B.Talıblı. Bir tək donluq ilə mirzə yazıq özünümü saxlasın, yoxsa pul göndərib bir bölük külfətini dolandırsın? S.Rəhimov.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
donluq
I. paltarlıq
{elbiselik}
II. maaş, aylıq
{maaş, aylık}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
donluq
aylık, para, şalvarlık