dolab
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
dolab
I. is. Evin divarında düzəldilən rəf, şkaf. Dolabın qarşısında bir boşqabın qırıqları görünürdü. S.Hüseyn. [Fatma arvad] gümüş stəkanaltılarını, qaşıqlarını tələsə-tələsə dolabdan çıxarır. Mir Cəlal. // Ümumiyyətlə, şkaf. Mən [xarratı] kitab dolabımı təmir etmək üçün çağırmışdım. T.Ş.Simurq. // Qəfəsə. Dükanın dolabları malla doludur. – [Student] birdən-birə ev sahiblərinin qonaq otaqlarında bir dolab kitab olduğunu xatırladı. Çəmənzəminli.
II. is. Quyudan su çıxarmağa məxsus çarx. Su quyusunun dolabı xarab olmuşdur.
III. is. Kələk, hiylə, fənd, biclik, dolaşıq iş. • Dolab gəlmək – hiylə gəlmək, aldatmaq, fırıldaq işlətmək. Dolab qurmaq – hiylə düzəltmək, kələk qurmaq. Dolaba düşmək – hiyləli işə düşmək, dolaşıq işə düşmək. Dolaba salmaq – əngələ salmaq, dolaşıq işə salmaq. [Bəhram:] Ah, özümü nə təhlükəli bir dolaba saldım! C.Cabbarlı.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
dolab
I. şkaf
{eşya dolabı}
II. kələk, hiylə, fənd
{düzen, hile, aldatma}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
dolab
dolap