turklehceleri.org

dirsək

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

dirsək

is.
1. Qol ilə bilək arasında olan büküyün bayır hissəsi. Bəzən Dilşad xanım üzüqoylu uzanıb, dirsəklərini yerə qoyaraq çayı nəlbəki ilə içər və ayaqlarını part-part yerə döyərdi. T.Ş.Simurq. Diyar kişi dirsəyi ilə arvadına toxunub pıçıldadı.. Ə.Məmmədxanlı.
2. İki və daha çox hissədən ibarət olan bir şeyin bucaq şəklində birləşən çıxıntısı, uzun bir şeyin əyilərək təşkil etdiyi bucaqşəkilli bükük, bucaq guşə.
3. Aşağı əyilən, yıxılan bir şeyin altına vurulan paya, dəstək, ağac və s.; dayaq. ‣ Dirsək göstərmək – üz döndərmək, dal çevirmək. [Eşikağası:] Ömər xan kimi bir dilavər [Fətəli xana] qılıq eləyir, amma axmaq Məmmədhəsən dirsək göstərirdi. Çəmənzəminli.

Pamukkale Azerbaijani to Turkish (ADT version)

dirsək

dirsek


Last searches: