dinclik
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
dinclik
is.
1. Rahatlıq, sakitlik, istirahət. Mənə alın tərimlə qismət oldu dincliyim. S.Rüstəm. Bəli, Şamama dincliyi, rahat oturmağı başqa cürə başa düşən adamdı. Ə.Əbülhəsən. • Dinclik bilməmək – istirahət etməmək, rahatlıq bilməmək, daim çalışmaq, işləmək, fəaliyyətdə olmaq. Dinclik verməmək – rahat qoymamaq, daim narahat etmək, dinc qoymamaq. ..Məcid [Ninaya] dinclik vermirdi. M.S.Ordubadi. Dincliyi tutmamaq – işsiz, fəaliyyətsiz, hərəkətsiz dura bilməmək, rahatlıq bilməmək.
2. Asayiş, əmin-amanlıq, arxayınlıq; sakit, dinc vəziyyət. Məmləkətin hüdudlarında dinclik hökm sürməyə başlamışdı. M.S.Ordubadi.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
dinclik
I. rahatlıq, sakitlik, istirahət
{rahatlık, sakinlik, istirahat}
II. asayiş, əmin-amanlıq, arxayınlıq
{asayiş, güvenlik, rahatlık}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
dinclik
mola