dikəlmək
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
dikəlmək
f.
1. Uzanmış və ya əyilmiş vəziyyətini dəyişib ayaq üstə durmaq və ya oturmaq, yerindən qalxmaq. [Məmməd] Züleyxa və Balaxanım adını eşidər-eşitməz, papirosları yerdə qoyub dikəldi. C.Cabbarlı.
2. Qalxmaq, başıyuxarı getmək. Atlılar başıyuxarı dikəldilər.
3. Yuxarı qalxmaq, çıxmaq. Xudayar bəyin burnunun yuxarı tərəfindən bir sümük dikəlib. C.Məmmədquluzadə.
4. məc. Düzəlmək, qurulmaq, bərqərar olmaq. [Salman:] Rəhim qardaş, deyəsən, Bakıda təzə hökumət dikəlib, müsavat yıxıldı. Ə.Haqverdiyev.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
dikəlmək
I. çıxmaq, qalxmaq
{çıkmak, kalkmak}
II. düzəlmək, qurulmaq
{düzmek, kurmak}
III. qalxmaq, durmaq
{kalkmak, durmak}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
dikəlmək
dikelmek, dikleşmek