turklehceleri.org

diaqnoz

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

diaqnoz

[yun.] tib. Xəstəni hərtərəfli müayinə nəticəsində onun xəstəliyinin müəyyən edilməsi. Əziz əlini ürəyinin üstünə qoyandan sonra həkim diaqnozunun dürüstlüyünə daxilən sevindi. Ə.Vəliyev. Mənim gümanım gələn bir diaqnozu bu gün yoxlamaq istəyirəm. Mir Cəlal. • Diaqnoz qoymaq – xəstəni hərtərəfli müayinə edərək onun xəstəliyini təyin etmək. Uranla zəhərlənmələrin diaqnozunu qoymaq üçün sidikdə albuminlərin, amin turşularının tapılmasının .. böyük əhəmiyyəti vardır. A.Qarayev.


Last searches: