deyişmək
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
deyişmək
qarş.
1. Bir-biri ilə mübahisə etmək, bir-biri ilə sözləşmək, höcətləşmək, söyüşmək. Onlar hər necə yarızarafat, yarıciddi deyişsələr də, əl-ələ verdilər, qabqacağı birlikdə yuyub-yığışdırdılar. S.Rəhimov. Atlılar kimin barəsində isə deyişirdilər. Mir Cəlal.
2. folk. Şeirlə yarışmaq. Aşıqlar deyişirlər. – ..Meyxanaçılar meyxana deyişərlər, bəzən də aşıq gətirdib nağıl danışdırarlar. R.Əfəndiyev. Deyişəndə Hafizə vermir macal; Mən Valehəm ona qürrə, sən nəsən? Aşıq Valeh. Çox deyildir, bir az bundan irəli; Mirzəcanla deyişmişdir bir Pəri. Ə.Cavad.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
deyişmək
çekişmek