dağlamaq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
dağlamaq
f.
1. Qızdırılmış dəmirlə damğa vurmaq. Qoyunları dağlamaq. Atı dağlamaq. – Adamı ürəkdən, heyvanı budundan dağlarlar. (Ata. sözü).
2. məc. Yandırmaq. ..Şaxta qızmar bir dəmir kimi onu dağlayır. Ə.Məmmədxanlı.
3. məc. Adətən “ürəyini”, “sinəsini”, “qəlbini” sözləri ilə – çox bərk təsir etmək, yandırmaq, yaralamaq, dərd və kədər vermək. Qılınc çəkib mərd meydana varanda; Sinələr çal-çarpaz dağlayan mənəm. “Koroğlu”. Dağlar dağladı məni; Görən ağladı məni; Zəncir, buxov tab etməz; Zülfün bağladı məni. (Bayatı). [Heydər bəy:] Sona xanım, ürəyimi dağlama, çünki tablaşa bilmərəm, atı min, gedək! M.F.Axundzadə. Ey qoca bir qövmə ağlarkən gülən: Naləsilə xalqı dağlarkən gülən. A.Səhhət.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
dağlamaq
I. damgalamaq
{damgalamak}
II. yandırmaq
{yakmak}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
dağlamaq
dağlamak