turklehceleri.org

dağdaş

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

dağ-daş

is. Yolu olmayan, yaşamaq üçün yararsız olan təpəlik və daşlıq yerlər. [Səlim qızı:] ..Aydəmir də, bilirsən ki, dağdadaşda, ona qızmı yaraşar? C.Cabbarlı. [Əmiraslan baba:] Bax, o zaman bizim bu Ağbulaq obasına, dağ-daşdan keçən darısqal cığırlarla, birtəhər, güc-bəla ilə gəlmək olardı. S.Rəhimov. // Ümumiyyətlə, dağlıq, qayalıq, təpəlik. Su gələr axar, doymaz; Dağdaşı yıxar, doymaz. (Bayatı). Hər kim məni belə görə, bil, ağlar; Dağ-daş yanar; ulus, oymaq, el ağlar. M.V.Vidadi. // məc. Cansız təbiət mənasında. Qanad verir dağa-daşa; Ana yurdun havaları. S.Vurğun. ‣ Dağa-daşa düşmək – 1) ev-eşiyindən avara olmaq; avara-sərgərdan olub insan yaşamayan yerləri gəzmək; 2) axtarmaq. Dağadaşa salmaq – çətinliyə salmaq, ora-bura göndərmək, avara etmək. Di belə de, rəhmətliyin oğlu, ta məni niyə dağa-daşa salırsan? C.Məmmədquluzadə. Dağa-daşa sığmamaq (sevinməkdən, şadlıqdan) – sevincinin həddi-hüdudu olmamaq. Biz sevincimizdən dağa-daşa sığmırdıq. Mir Cəlal. Dağdaş dilə gəlmək, dağ-daş titrəmək (səsdən, fəryaddan, nərədən və s.-dən) – çox güclü səs, gurultu haqqında. Yazıq heyvan elə bağırdı ki, səsindən dağ-daş titrədi. A.Şaiq. Özünü dağa-daşa vurmaq (çırpmaq) – öz məqsədinə çatmaq və ya başqa səbəbə görə heç bir çətinlikdən qorxmayaraq özünü hər yerə vurmaq, yorulmaq bilmədən çalışmaq. Hərgah maral bilsə ki, bu səsşıppıltı yel əsib kolu tərpətməkdən, yarpaqları bir-birinə toxundurmaqdan əmələ gəlir, o vaxt o, qorxmaz və qorxudan özünü dağadaşa çırpmaz. F.Köçərli. [Zeynəb xanım:] Mənim yəqinimdir ki, o dinc olmayacaq, özünü dağa-daşa vuracaqdır. N.Vəzirov.


Last searches: