daxma
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
daxma
is.
1. Daşdan, palçıqdan və s.-dən tikilən təkotaqlı, balaca, alçaq, ibtidai ev. Yazıq muzdur daxmanın ortasında ah-zar ilə özünü yerə vurub ağlamağa başladı. S.M.Qənizadə. Sitarənin daldalanmağa bir yeri yox idi, atası evinə də getməyə qorxurdu. Bunun üçün qarşısına gələn xaraba bir daxmaya soxuldu. Çəmənzəminli.
2. Yer altında düzəldilmiş müvəqqəti, ya daimi ibtidai mənzil; dam. Qarovulçu kvadratşəkilli bir taxta ilə yeraltı daxmanın qapısını bağlayır. M.İbrahimov. • Qara daxma – pəncərəsiz, qaranlıq daxma. Nə işıltı, nə də çıraq, nə bir qara daxma var; Hər yer bütün yiyəsizlik, hər yer bütün qalın qar. A.Səhhət.
3. Ümumiyyətlə, ev, mənzil mənasında (bəzən istehza ilə, ya zarafatla deyilir). Öz daxmanda otur. Daxmamıza gedək. ‣ Daxma qaraltmaq – yaşamaq üçün eveşik düzəltmək və içində yaşayış qurmaq.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
daxma
kulübe
Uzbek—English Dictionary (Dirks, 2005)
daxma
lit.: (Persian) mausoleum, tomb, charnel house.