turklehceleri.org

daxili

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

daxili

sif. [ər.]
1. Daxilə, içəriyə aid və mənsub olan (zahiri, xarici ziddi). // Bir şeyin daxilində, iç tərəfində olan; içə, daxilə aid olan; iç. Daxili müqavimət. Daxili əlamətlər. Daxili xüsusiyyətlər. Qabın daxili divarları. Daxili tərəf. – Əşrəf atasının daxili bir ağrıdan qovrulan adamlar kimi sinəsini məhəccərə söykəyib, bir az da büzüşdüyünü hiss etdi. İ.Şıxlı.
2. Bir dövlətin, idarənin, təşkilatın və s.nin öz daxilindəki həyat və fəaliyyətinə aid olan (xarici ziddi). Daxili siyasət. Daxili bazar. Daxili vəziyyət. Daxili intizam qaydaları. Daxili ehtiyat vəsaiti. Özgənin daxili işlərinə qarışmaq.
3. İnsanın psixi fəaliyyətinə aid olan, insanın psixikasında baş verən; dəruni. Daxili hiss. Daxili narahatlıq. Daxili həyəcan keçirmək. – Xanlar danışdıqca elə bil hamının üzgözü xəfif, daxili bir ziya ilə işıqlanırdı. M.Hüseyn. Qaraş həmişə, hətta Naznazın yanında belə, Salmana daxili bir nifrət duyurdu. M.İbrahimov. ‣ Daxili dəftər – bir idarəyə və s.-yə daxil olan kağızları, sənədləri, pul və s.-ni qeydə almaq üçün dəftər. Bütün kağızlar daxili dəftərə salınmış, sıra nömrəsi və tarixi həmin sənədin kənarında açıq və aydın xətlə yazılmışdı. S.Rəhimov. Daxili xəstəliklər tib. – bədənin içərisində baş verən xəstəliklər. Daxili xəstəliklər mütəxəssisi. Daxili sekresiya fiziol. – orqanizmlərin bəzi vəzilərinin bilavasitə qana və limfaya öz maddələrini ifraz etmək xassəsi.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

daxili

I. iç
{iç}

II. dəruni
{derin}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

daxili

dâhilî

Uyghur—Turkish Dictionary (Kurban, 2016)

daxili

a. Dahili.


Last searches: