davadərman
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
dava-dərman
is. [ər. dəva və fars. dərman] Dərman. [Cəvahir xanım:] İndi, elə bu saat Əşrəf dava-dərman gətirəcək. N.Vəzirov. [Həkim:] Dava-dərman yazmaq istədikdə [qızın] atası qolumdan tutub eşiyə tərəf çəkdi. Mir Cəlal. • Dava-dərman etmək (etdirmək eləmək elətdirmək) – müalicə etmək (etdirmək). Nə qədər Usta Cəfərə dava-dərman elətdirdim, başa gəlmədi. C.Məmmədquluzadə. Dava-dərman olmaq – müalicə olunmaq. Gərək bu tezliklə sənə dava-dərman olsun, qoca! S.Rəhimov.
Last searches:
- takeover,
- qaysı,
- Bukalemun,
- mikroorqanizm,
- şahs,
- töleyalmazça,
- boğunuq,
- kidiñ,
- sinighuchi,
- alaq,
- bizep,
- tux,
- supine,
- nəcib,
- batı,
- səciyyələnmə,
- YAKALAMAK,
- çalkalamak,
- shodxurram,
- seyyare,
- transitory,
- davadərman