dastan
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
dastan
is. [fars.] Şifahi xalq ədəbiyyatının epik janrları içərisində qəhrəmanlıq və aşiqanə məzmunda olan, həcmcə ən böyük əsər. Qəhrəmanlıq dastanı. Aşiqanə dastan. “Koroğlu” dastanı. – Şairə Toğrulun məktubunu aparıb “Xosrov və Şirin” dastanı yazmasını rica edəcəkdir. M.S.Ordubadi. Ağlatmayır insanları; “Leyli-Məcnun” dastanları. S.Vurğun. El aşıqları incə Azərbaycan dilində xalqımızın mərdliklərini tərənnüm edən ölməz dastanlar qoşurdular. İ.Əfəndiyev. // Mühüm tarixi hadisələrdən, ya şəxsiyyətlərdən bəhs edən böyük epik əsər; poema. Zəfər dastanı. – ..Əzəmətli müharibə dastanının əsas mərhələlərindən, ötəri də olsa, bəhs etmək lazımdır. Burada hər bir səhnə böyük bir qəhrəmanlıq dastanı kimi qiymətlidir. M.Hüseyn. // Hekayə, nağıl, əfsanə, sərgüzəşt. [Koroğlu:] Ərəb atın dastanını söylərəm; Üç yaşında hər nişanı bəlli olur. “Koroğlu”. [Tərxan:] Oxuma, ey vəzir, mənə dastan; Qeysərin dağ kimi bir ordusu var. A.Şaiq. • Dastan açmaq – danışmaq, nağıl etmək, rəvayət etmək. Mən bu körpəyə nə münasibətlə Həcər adını qoymaq istədiyimi soruşduqda, sən aynalını əlinə alan, .. Gorus qazamatını dağıdan Həcərdən dastan açırsan. S.Rəhimov. Dastan qoşmaq – dastan yazmaq, hekayə yazmaq. Dil(lər)də dastan olmaq – məşhur olmaq, haqqında tez-tez danışılmaq, dillərə düşmək. [Qərib:] Ağalar ərzimə bir qulaq verin; Adı dildə dastandır Ərzurumun. “Aşıq Qərib”.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
dastan
destan
Kyrgyz—Turkish Dictionary
dastan
f. destan.
Uyghur—Turkish Dictionary (Kurban, 2016)
dastan
f. Destan.