turklehceleri.org

darğa

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

darğa

is. [monq.]
1. tar. Şəhər, qəza, mahal, ya vilayət hakimi. Padşahın şəhər darğası yolnan gedirdi, güzarı düşdü bu bağa. (Nağıl). Sən demə, bu bina şəhərin darğasının eviymiş. “M.N.lətif.” // Keçmiş zamanda vergi yığmaq üçün hakim, hökmdar, xan və b. tərəfindən kəndə göndərilən məmur. [Nəcəf bəy:] Buyur, mirzə, aparıb kənddə verərsən darğaya. Necə ki lazımdır əməl eylər. Ə.Haqverdiyev. Darğa lələş məhsul vaxtı bir dərzi gözündən qaçırmaz(dı). S.Rəhimov.
2. tar. Bazar keşikçilərinin başçısı. Sübh olunca gecələr darğa kimi; Yatmayır, qırqır edir qarğa kimi. M.Ə.Sabir.
3. məc. Özünü böyük sayan, heç kəs tərəfindən vəkil edilmədiyi halda özünü vəkil kimi aparan adam haqqında. • Darğa tikmək – hakim qoymaq, hakim təyin etmək, vəkil etmək. [Xan:] Səni bu evdə kim darğa tikib, kim? N.Vəzirov.

Kyrgyz—Turkish Dictionary

darğa

= dar 1; toktoboy assın darğağa folk. : durmadan hemen dar ağacına assınlar!


Last searches: