turklehceleri.org

damazlıq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

damazlıq

sif. Döl verməyə yarayan, döl vermək üçün saxlanılan; döllük, cins. Damazlıq qoyun. Damazlıq buğa. – Azərbaycan atları damazlıq bir cins kimi, Orta və Yaxın Şərq ölkələrinə, hətta Hindistan və Misirə belə aparılmışdır. R.Səttarzadə. // İs. mənasında. Damazlığını yeyən tamarzı qalar. (Ata. sözü). Damazlıq olaraq Hökümənin atası onlara bir inək də vermişdi. S.Hüseyn. • Damazlığı kəsilmək – nəsli kəsilmək. Damazlığın kəsilsin – qarğış ifadəsi. Buy, sənin damazlığın kəsilsin! S.Rəhimov. Damazlıq stansiyası k.t. – damazlıq işi ilə məşğul olan heyvandarlıq müəssisəsi. Ağdaş rayonunda barama qurdu zavodu və baramaçılıq üzrə damazlıq stansiyası vardır. (Qəzetlərdən).

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

damazlıq

döllük, cins
{maya, cins}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

damazlıq

damızlık


Last searches: