turklehceleri.org

dalamaq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

dalamaq

f.
1. Ətə toxunub gicitmək, yandırmaq. Gicitkən əlimi daladı. Yun corab ayağımı dalayır. – Atanın üzündəki neştər kimi tüklər balacanın üzünü daladığı üçün yuxudan ayıldı. Ə.Vəliyev.
2. Qapmaq, dişləmək (quduz heyvanlar haqqında). Quduz canavar kimi dalamaq. – Qurdumuz quduzdur, dalar; Şahinimiz durna ovlar. “Koroğlu”. Bir qaydadır, qaçaq-quldur otlaqları talayır; Quduz itlər ötüb-keçən yolçuları dalayır. O.Sarıvəlli.
3. Sancmaq. Taxtabiti dalayır.
4. məc. Acı söz söyləmək, sancmaq, acıtmaq (bəzən “qudurmuş it kimi” sözləri ilə). [Hacı Fərəc:] Sən bilmirsən, Güldəstə, o arvad qudurmuş it kimi məni dalayır. N.Vəzirov. ‣ Yan-yörəsini dalamaq – hamını sancmaq, acılamaq, söymək, təhqir etmək. [Mollabacı Hürzada:] Paxıllıqdan qudurmuş itə dönüb yan-yörəni dalayırsan. Çəmənzəminli.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

dalamaq

I. yandırmaq, göynətmək
{yakmak, sızlatmak}

II. qapmaq, dişləmək
{kapmak, dişlemek}

III. sancmaq, acıtmaq, incitmək
{dişlemek, acıtmak, incitmek}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

dalamaq

dalamak


Last searches: