turklehceleri.org

cərəyan

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

cərəyan

is.
1. Suyun öz məcrası ilə axması; axın. İti cərəyan. // Dənizlərdə, okeanlarda suyun hər hansı bir istiqamətdə hərəkəti, habelə müəyyən istiqamətdə hərəkət edən su axınının özü. Dəniz cərəyanları. İsti cərəyan. Soyuq cərəyan.
2. fiz. Elektrik yükünün hərəkəti; elektrik enerjisi. Yüksəktezlikli cərəyan. Cərəyanın gücü. – Keçirici mühitdə əmələ gətirilən elektrik sahəsi elektrik cərəyanı əmələ gətirir. Z.Kazımzadə.
3. məc. Ədəbi-bədii və ya ictimai, siyasi hadisə. Satirik cərəyan. Mürtəce cərəyan. İncəsənətdə cərəyanlar. – “Kəşkül” səhifələrində köhnə sxolastik ədəbiyyat üslubu ilə hakim ədəbi cərəyan olmağa başlayan realizm ədəbi üslubu mübarizə edir. M.İbrahimov. ‣ Cərəyan etmək – 1) keçmək, axmaq, hərəkət etmək. Quru səhralar ancaq isti küləklər cərəyan edən zaman səslənir, həm də çox darıxdırıcı, yorucu olurlar. S.Rəhimov; 2) baş vermək, olmaq. Hadisə də o vaxt olduğu kimi, Qafqazın kim bilir harasında.. cərəyan edirdi. Ə.Əbülhəsən. Hadisələr sürətlə cərəyan edirdi. Mir Cəlal; 3) keçmək. Həyatın necə cərəyan edir?

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

cərəyan

I. axın, gediş
{akım, akış}

II. istiqamət, səmt, cehət, tərəf
{istikamet, semt, cihet, taraf}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

cərəyan

akım, cereyan


Last searches: