cəmi
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
cəmi
is. [ər.] Bütün, hamı. [Mirzə Heydər:] Cəmi aləm [atama] rəhmət oxuyur. Ə.Haqverdiyev. Haşım.. az bir zamanda fəhləlikdən çıxıb Hacı Məhəmmədin cəmi işlərinə baxıcı oldu. B.Talıblı. // Bütün, tamam. Səs əvvəl [Zeynalın] qulaqlarında əcib bir halla cingildəyib, cəmi bədəninə sirayət etdi. Çəmənzəminli.
2. Cəmi(si), üst-üstə, ancaq. Onu cəmi bir neçə gündür tanıyıram. – Komandir Midhətin cəmi altı ay maşın sürdüyünü başa salır, düşmən “M-109”-ları ilə vuruşmağa ona icazə verə bilməyəcəyini təkrar edirdi. Ə.Vəliyev. [Qız] dünyada cəmi on səkkiz bahar görmüşdü. İ.Əfəndiyev.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
cəmi
I. yekun, nəticə
{toplam, sonuç}
II. hamı, bütün
{hepsi, bütün}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
cəmi
cümle