cəhcəh
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
cəh-cəh
təql. Quşların ötərkən çıxardıqları xoş səs. Quşların cəh-cəhi havaya ucaldı. S.S.Axundov. Quşlar... cəh-cəh ilə min cürə nəğmələr oxuyub, meşəni sədaları ilə doldurmuşdular. A.Divanbəyoğlu. Qarışdı qaqqıltılar; Büllur səsli cəh-cəhə; Yüksəldi hər budaqdan; Bir nazənin qəhqəhə. Ə.Cavad. • Cəh-cəh vurmaq – etmək, oxumaq (quşlar haqqında). Bu quş göy çəmənin içindən naqafil cəh-cəh vurub havaya tullanır. E.Sultanov. Quşlar, quşlar, a quşlar! Cəh-cəh vurun burada; Gah yerdə, gah yuvada. A.Səhhət. Bir də gördülər, birdən bülbül gəlib, mənim qarşımda bitmiş ağacın budağında əyləşib başladı cəh-cəh vurmağa. Ə.Haqverdiyev. ‣ Bülbül kimi cəh-cəh vurmaq (ötmək) – xoş avazla, xoş səslə, şirin-şirin oxumaq. [Hacı:] Şərab həmişə insanın mizacını açır, .. görürsən ki, şairin təbi gəlir, natiqin nitqi açılır, xanəndə bülbül kimi cəh-cəh edir. B.Talıblı. Bülbül cəh-cəh vurub oxumazdı; Ona bülbül adı qoyulmasaydı? B.Vahabzadə.