cülus
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
cülus
is. [ər.] Hökmdarın taxta çıxması. Şah Abbasın cülusundan altı il keçib, yeddinci il başlanmışdı ki, aşağıda zikr olunan qəziyyə vaqe oldu. M.F.Axundzadə. [Çopo:] Ərdicanın cülusu bir o qədər də təntənəli keçmədi, xalq yorulmuşdu. Çəmənzəminli. • Cülus etmək – taxta oturmaq, hökmdarlığa başlamaq. [Vaqif:] Şah cülus edərkən, İranın dörd valisi tac mərasimində iştirak etməlidir. Çəmənzəminli. [Mirzə Sadıq:] Şah taxta cülus edincə Mirzə Təqi xanı özünə sədriəzəm qərar verib. C.Cabbarlı.