cücə
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
cücə
is. Toyuq balası. Əlimi hinə soxub, suyun içindən cücələrin cəmdəklərini bir-bir çıxartdım. A.Şaiq. [Hörmət] həmişə cücə və yumurta satmaqla da çörək pullarının bir qismini çıxarardı. Ə.Sadıq. ‣ Cücə kimi – balaca, xırdaca, cılız, sısqa. Cücə kimi qız. – Üst-başı toz-torpaq içində, qısaboylu, cücə kimi sısqa və iri çopur burnu qırmaq kimi əyri bir topal yumaq kimi yumalana-yumalana içəri girdi. M.Rzaquluzadə. ‣ İslanmış cücə kimi – çox acınacaqlı, zavallı, yazıq görkəmi olan adam haqqında. ..Arıq adam islanmış cücə kimi büzüşüb danışığına peşman oldu. M.Hüseyn.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
cücə
civciv, piliç