cövhər
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
cövhər
is. [ər. əsli farsca “gövhər”dən]
1. Hər hansı bir üzvi maddənin distillə və s. kimyəvi üsulla ayrılan yığcam məhlulu, şirəsi. Nanə cövhəri (bax cövhərnanə). • Cövhərini çəkmək – distillə etmək, distillə vasitəsilə cövhərini, xülasəsini almaq.
2. köhn. Neft, ağ neft. [Hacı Sultan] Hərdən qənd və cövhər də alıb satır.. S.Hüseyn. [Şərəf xala:] Qəbir üstünə getmişdim. Gec qayıtdım. Cövhər ala bilmədim, dükanlar bağlı idi. H.Sarabski.
3. məc. Bir şeyin (əsərin, sənədin, yazının, nitqin və s.-nin) qısa, yığcam xülasəsi, əsas qayəsi, məğzi: əsil mətləb. // məc. Əsil, mayə, zat, kök. Eşq dərdi, ey müalic qabili-dərman deyil; Cövhərindən eyləmək cismi cüda asan deyil. Füzuli.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
cövhər
I. zat, mahiyyət, əsil, maya
{şahıs, mahiyet, asıl, maya}
II. təbiət, xassə
{tabiat, doğa}
III. cavahir, daş-qaş
{mücevher, taş}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
cövhər
cevher