cing
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
cing
I. təql. Mis, dəmir, şüşə kimi şeylərin başqa bir şeyə və ya bir-birinə toxunmasından hasil olan spesifik səs. • Cing-cing cingildəmək – arasıkəsilmədən cingilti səsi çıxartmaq. [Həpir] .. hərdən elə qışqırır ki, evin səqfi cing-cing cingildəyir. Mir Cəlal. // Məc. mənada. [Qızların] sinələrindən fəvvarə kimi gülüşlər qalxıb cing-cing cingildəyir, sanki gümüş tabağa mirvari dənələri tökürsən... E.Sultanov.
II. is. zool. Sərçədən kiçik, çölbülbülü cinsindən quş.