cild
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
cild
is. [ər.]
1. Kitabın üzü, üz qabığı. Kitabın cildində qara ramka içərisində döşdən yuxarı çəkilmiş bir adam şəkli vardı. M.İbrahimov.
2. Böyük bir əsərin ayrı-ayrı kitab şəklində olan hissələrindən hər biri, həmçinin ayrıca kitab şəklində olan çap əsəri. Ensiklopediyanın ikinci cildi. – Dəmirov əlini uzadıb cildləri özünə tərəf çəkdi və səliqə ilə düzəltdi. S.Rəhimov. [Vahid:] Gecə-gündüz yazdığın o cildlərin sahibləri heç zaman sənin zəhmətini unutmazlar, ana! B.Bayramov.
3. məc. Don, qiyafə. Ötər keçdiyiniz yerdə bayquşlar; Qəhrəman cildinə girən sərxoşlar! H.Cavid. [Səfərəli:] Deməli, gedək cildimizi dəyişməyə. H.Nəzərli. ‣ Cilddən-cildə girmək – bax dona (min dona) girmək (“don1 ”da). [Professor:] Cilddən-cildə girən bu bürüncəkli adamlara qarşı çox kəskin, çox amansız mübarizə aparmaq lazımdır.. S.Rəhimov. ...cildinə girmək – yalandan özünü ... oxşatmaq, yalandan özünü ... kimi göstərmək. Müəllif sanki özü Fərhad cildinə girərək, irəli gəlir və ürəyini boşaldır. M.İbrahimov. Cildini dəyişmək – başqa dona girmək, hər hansı mühitə, şəraitə uyğunlaşmaq. Kərəmov mühitə uyğun olaraq kərtənkələ kimi cildini dəyişsə də, elə həmin Kərəmovdur. İ.Əfəndiyev.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
cild
üz, qabıq
{yüz, kabuk}
Pamukkale Azerbaijani to Turkish (ADT version)
cild
cilt