cibli
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
cibli
sif. Cibi, ya cibləri olan, cib tikilmiş, cib qoyulmuş. Cibli pencək. Cibli xalat. – Əksərən .. cibli köynək geyərək belini qayışla bərkitmiş kişilər arabanın yan tərəflərinə doluşmuş(dular). M.İbrahimov. // məc. Varlı, dövlətli mənasında. Cibli adamdır.