canıyananlıq
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
canıyananlıq
is.
1. Riqqət, şəfqət, ürəyiyananlıq; birinin dərdinə şərik olma, mehribanlıq, səmimiyyət göstərmə. Müəllimənin canıyananlığı hamını heyran qoydu, o, gecə saat ikiyə qədər cənazədən ayrılmadı. M.Hüseyn. • Canıyananlıq eləmək (göstərmək) – ürəyi yanmaq, həmdərd olmaq, ürəkdən acımaq, yazığı gəlmək. [Qərənfil:] İndi də başlamısınız Hümmətə canıyananlıq eləməyə. İ.Əfəndiyev. Bir dəfə nahar zamanı Fərman gənc fəhlələrlə danışarkən dostu ona yaxınlaşdı və süni bir canıyananlıq göstərdi. Ə.Sadıq.
2. Canıyananlıqla şəklində – ürəyi yanarcasına, acıyaraq, yazığı gələrək, halına yanaraq. Canıyananlıqla soruşmaq. – Dürdanə xanım canıyananlıqla dedi.. Ə.Əbülhəsən.
Pamukkale Azerbaijani to Turkish (ADT version)
canıyananlıq
hassaslık, tasalılık