turklehceleri.org

canlanmaq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

canlanmaq

f.
1. Dirilmək, dirçəlmək. Canlanır yenidən sönən bir həyat; Nə gözəl yaraşır sizə ağ xalat! S.Vurğun. [Bibixanımın] solğunlaşıb altı kölgələnən gözləri elə bil yenidən canlandı.. B.Bayramov. // Özünə gəlmək, ayılmaq. Su içən kimi canlandım.
2. məc. Daha fəal, daha sürətli, daha canlı getmək, fəallaşmaq. Şirzad katibin gəlməsilə işlərin canlanacağını güman edib sevinirdi. M.İbrahimov. Şagirdlər bir-bir gəlir; Otaq birdən canlanır. M.Seyidbəyli.
3. məc. Hafizədə, xəyalda bərpa olmaq, təcəssüm etmək, yada düşmək. Yeddi il əvvəl.. [Xədicə ilə] keçirdiyim saatlar tamamilə xəyalımda canlanmışdı. S.Hüseyn. ..Ulduzun gözləri qarşısında isə yeddi nəfər döyüşçüsü ilə vuruşan Azadın son saatları canlanırdı. Ə.Məmmədxanlı. // məc. Canlı bir şey kim görünmək. Bu təpədən baxdıqda Bakının mənzərəsi bütün əzəməti ilə göz qarşısında canlanırdı. S.Rəhman. ..İndi qarşımda canlanan mənzərə də bunların heç birinə bənzəmirdi. M.Rzaquluzadə.
4. məc. Oyanmaq, dirçəlmək, cana gəlmək. Təbiət canlanır, bahar çağıdır; Bağçalar, yamaclar çiçəklənmədə. A.Şaiq. İçdikcə içib doydu; Bol-bol yağışı torpaq; Canlandı şeh altında; İlk dəfə açan yarpaq. M.Dilbazi. Qış qurtarır, yer canlanır; Baharın xoş nəfəsilə. B.Vahabzadə.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

canlanmaq

I. ruhlanmaq, hevəslənmək ürəklənmək, şövqlənmək
{ruhlanmak, heveslenmek, yüreklenmek, şevklenmek}

II. dirilmək, dirçəlmək
{dirilmek, güçlenmek}

III. gümrahlaşmaq, sağlamlaşmaq, qıvraqlaşmaq
{zindeleşmek, sağlamlaşmak, kıvraklaşmak}

IV. kökəlmək, yoğunumaq
{şişmanlamak, etlenmek}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

canlanmaq

canlanmak


Last searches: