turklehceleri.org

canfəşanlıq

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

canfəşanlıq

is. Həddindən artıq can yandırma, səy göstərmə, cəhd etmə. Amma, mətəəssüf, müəllimlərin çoxunda bu rəviş, bu hərəkət və bu canfəşanlıq müşahidə olunmur. F.Köçərli. [Səlim ağanın] bu canfəşanlığı tacirə ləzzət verirdi. M.Ibrahimov. Ox qıjıltı ilə gələndə yasavulbaşı qondarma bir canfəşanlıqla özünü xanın qabağına verdi.. M.Rzaquluzadə. //məc. Həddindən artıq və ya yersiz hörmət göstərmə, əldən-ayaqdan getmə. [Məşədi Qəzənfər:] Axşam da ki, toyda idik. Qərəz, çox canfəşanlıq oldu. Ü.Hacıbəyov. • Canfəşanlıq etmək (göstərmək) – həddən artıq səy göstərmək, çalışmaq, cəhd göstərmək. Kosa kuryer də bu aləmin içində özündən çıxıb və kabineti nizama salmaq üçün böyük bir canfəşanlıq göstərirdi. S.Rəhimov. Mən düşünürdüm ki, bu adam o qadının yaxın qohumudur, çünki həddən artıq canfəşanlıq eləyirdi. S.Rəhman.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

canfəşanlıq

cəhd, sə'y
{gayret, çaba}


Last searches: