bədnam
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
bədnam
sif. [fars.] Pislikdə adı çıxmış, adı ləkəli, pis ad qazanmış; rüsvayçı, biabırçı. Çaqqal var ki, gödən çıxardar, qurdun adı bədnamdır. (Ata. sözü). • Bədnam etmək (eləmək) – rüsvay etmək, biabır etmək. Çün Nəsiminin muradı sənsən, ey aramican! Xalq içində anı düşmənkamü bədnam eyləmə. Nəsimi. [Bayram:] İndi sən istəyirsənmi ki, mən özümü bədnam edib, çuğulçuluq adını üstümə götürüm? M.F.Axundzadə. Bədnam olmaq – biabır olmaq, rüsvay olmaq, adı pisliyə çıxmaq. [Xudayar bəy:] Mən bu yaşa gəlmişdim, indiyə kimi bu cür bədnam olmamışdım. C.Məmmədquluzadə. [Hacı Xəlil:] ..Yaman yoldaş səbəbinə insan min bəlaya düçar olar, abrusu əlindən gedər, xalq arasında bədnam olar. Ə.Haqverdiyev.