bürünmək
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
bürünmək
qayıd.
1. Özünü bir şeylə bürümək; örtünmək. Şala bürünmək. – Qaydasıdır, qara çarqat bürünür; Siyah, zülfün ucu yerdən sürünür. Q.Zakir. Xoş məsəldir bu kim, palasə bürün; Getsə hər yanə el, o yanə sürün. S.Ə.Şirvani. Kəblə Fərəculla evin qapı tərəfində, altında döşək .. Ərdəbil kürkünə bürünüb əyləşərək qapının döyülməsini gözləyir. H.Sarabski.
2. Əhatə olunmaq, dövrələnmək, araya alınmaq. Ana baxır: izdihamla bürünmüşdür dörd yanı; Milyon-milyon əl uzanıb; Dağıtmaqçın qara mənfur zindanı. R.Rza.
3. Qaplanmaq, çulğalanmaq, örtülmək. Qarlı dağlar dumanlara bürünür. A.Səhhət. // Obrazlı təşbehlərdə. Qara dəniz gecənin qara donuna bürünüb yatmışdı. M.S.Ordubadi. Səhralar al geyib gülə bürünür; Sevinir yurdumun oğulu, qızı. S.Vurğun. Qadının üzünü bir acılıq bürüdü. S.Hüseyn. Gecə qatı qaranlığa bürünmüşdü. M.İbrahimov.