büllur
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
büllur
is. [ər. əsli yun.]
1. Şəffaf və parlaq daş. • Dağ bülluru – optikada və zərgərlikdə işlənən şəffaf rəngli mineral.
2. Xüsusi parlaqlığı və işığı sındırmaq qabiliyyəti olan əla şüşə növü. Büllur güzgü. Büllur qab. Büllur güldan. Büllur qədəh. – Bu gün bir qız gördüm işvəli, nazlı; Büllur pəncərədən baxdı, qayıtdı. Aşıq Hüseyn Mayil. Tam süfrənin üzərindən, xas boya və zərlə işlənmiş tavandan büllur bir çilçıraq asılmış, qəndillərinə sarı şamlar düzülmüşdü. Çəmənzəminli.
3. sif. Şəffaf, dumduru, parlaq, təmiz, saf mənasında. Almadır yanağı, büllur buxağı; Dodaqları meyli, məzəli, güllü. Aşıq Ələsgər. Yarpaqlar uclarından sallanan damcıların büllur kimi ətrafa saçdıqları nur içində parılparıl yanırdı. A.Şaiq. Alagözlü Girdman dilbəri büllur çeşmədən buz kimi soyuq su gətirib, yaralı cəngavərə verdi. M.Hüseyn.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
büllur
şəffaf, parlaq, dumduru, təmiz, saf
{şeffaf, parlak, duru, temiz, saf}