böht
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
böht
is. [ər.] Heyrət, təəccüb, mat qalma, çaşıb qalma, çaşqınlıq. ..Böhtün içində onun [Hacı Xəlilin] keçən günləri bir-bir gəlib gözünün qabağından ötürdü. Ə.Haqverdiyev. Rəssam heyrət və böht içində dayanıb dinləyirdi. İ.Əfəndiyev. • Böht aparmaq (almaq) – mat qalmaq, heyrətə düşmək, fikrə getmək. Bu sözü eşidəndə məni böht aparıb: bilmirdim inanım bu xəbərə, ya inanmayım. C.Məmmədquluzadə. Sarğı gözündən açılıb içəri girdikdə, Qulamı böht aldı. Ə.Əbülhəsən. Böhtə getmək – bax böht aparmaq (almaq). Ağa Hüseyn Xəlilin bu sözlərini eşidib, bir an böhtə gedib dedi.. Ə.Haqverdiyev. Büllur Nisəxanımın xoşuna gəlməyən bir də ərinin bu xasiyyəti – “içində danışmağı”, “böhtə getməyi” idi. Mir Cəlal.