turklehceleri.org

biçarə

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

biçarə

sif. [fars.]
1. Yazıq, miskin, fağır, məzlum; bədbəxt. Biçarə münəccimbaşının ərvahı uçub, başladı yarpaq kimi titrəməyə. M.F.Axundzadə. Bu soyuq, tozlu gecədə biçarə Məşədi Əsgər adlı bir kişi balaları üçün ruzi axtarırdı. S.M.Qənizadə. ..Biçarə qızın zahiri çirkinliyi bir yanda dursun, toy edib ərə getmək üçün azacıq bir cehizi də yox idi. B.Talıblı..
2. Çarəsiz, əlacsız; aciz. Axır biçarə ananız sizə deyirdi: – Bala, ağlama, xortdan gələr, səni aparar. C.Məmmədquluzadə. [Əşrəf bəy:] Biçarə müsəlmanın hər bir işi daş arasından çıxır. N.Vəzirov. Cahillər isə biçarə Bəşiri xəncərlə öldürüb qaçırlar. S.S.Axundov. // İs. mənasında. [Səkinə xanım:] Biçarə iki il sərasər mərhum qardaşıma yalvardı ki, məni ona versin. M.F.Axundzadə. Sən iki biçarəni bir zəxmlə qıldın həlak. S.Ə.Şirvani.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

biçarə

I. yazıq, miskin, fağır, məzlum
{aciz, miskin, fakir, mazlum}

II. bədbəxt
{aciz}

III. çarəsiz, əlacsız, aciz
{çaresiz, ilaçsız, aciz}

Pamukkale Azerbaijani to Turkish (ADT version)

biçarə

biçare, gariban


Last searches: