turklehceleri.org

birbir

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

bir-bir

zərf
1. Tək-tək, ayrı-ayrılıqda. [Süleyman:] De, bir-bir söylə, qulaq asım. Ü.Hacıbəyov. Anası da oğlu qazan yollara bir-bir bələd oldu. Ə.Haqverdiyev. Konsul onları [siyahıları] bir-bir alıb, öz katibinə verir... M.S.Ordubadi.
2. Bir-birinin ardınca, ardıcıl surətdə, növbə ilə. Totuq gəlinlər bir-bir oynadılar, göyçək qızlar süzdülər. Çəmənzəminli. [Hakim] stolunun üstündə gördüyü lazımsız kağızları bir-bir cırıb, səbətə atırdı. Mir Cəlal.
3. Təfsilatı ilə, təfərrüatına qədər, hər biri ayrı olaraq. Gördüyü işləri bir-bir saydı. Nöqsanları bir-bir göstərmək. – Əcnəbinin bu sözlərini Sədrəddin bəy qapı dalısında bir-bir yazırdı. S.M.Qənizadə. Rüstəm komandirə bu ətrafdan bir-bir, yerbəyer danışır. S.Rəhimov.
4. Hərəyə bir, hər dəfədə bir. Bir-bir vermək. Bir-bir paylamaq. bir-bir... Müxtəlif hal şəkilçiləri ilə: bir-biri ilə, bir-birinə, bir-birindən, birbirini – qarşılıq bildirir. İtlərin hürməyi, ovçuların səsləri, nökər və mehtərlərin qışqırığı bir-birinə qarışmışdı. S.S.Axundov. [Firidun və Kürd Əhməd] mehriban bir nəzərlə bir-birinə baxdılar. M.İbrahimov. [Gülüşgəlin:] İki kişi bir-birinizə havadar olun. S.Rəhman. Bir-birini haylayan arvaduşaq səsi kəndi ağzına almışdı. Ə.Əbülhəsən. ‣ Bir-birinə dəymək (qarışmaq) – qarışıqlıq düşmək, çaxnaşma düşmək, həyəcan düşmək, ara qarışmaq. Dünya yenə birbirinə dəydi. – C.Məmmədquluzadə. İyirminci il baharının günəşli bir səhərində qəza mərkəzi kiçik şəhər bir-birinə dəydi. H.Nəzərli. Seçkilərin nəticəsində məlum oldu ki, .. Tükəzban xala kənd şurasına sədr seçilibdir. Kəndə böyük vəlvələ düşdü, camaat bir-birinə dəydi. B.Talıblı. Bir-birinə vurmaq – çox axtarmaq. [Müəllim] kəndi bir-birinə vurdu, axırda bir körpə əmlik tapdı. Ə.Vəliyev.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

bir-bir

tək-tək, ayrı
{tek tek, ayrı}

Uzbek—English Dictionary (Dirks, 2005)

bir-bir

s. birma-bir.


Last searches: