bidar
Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)
bidar
sif. [fars.] klas.
1. köhn. şair. Oyaq, ayılmış (yuxudan), yuxusuz. Eyləyibsən məni eşqə giriftar; Gündüzüm biqərar, gecələr bidar. M.P.Vaqif. • Bidar etmək (qılmaq) – ayıltmaq, oyatmaq. Əcəl xabından, əfqanlar çəkib, Məcnunu bidar et! Füzuli. Səba, gəl seyri-gülzar et! Gülü reyhanı bidar et! M.V.Vidadi. Bidar edin amandır o zülfisiyahımı; Zülm ilə etməsin günümü tar, yatmasın. S.Ə.Şirvani. Amma and verirəm səni o körpə uşaqların canına, yorğanı çək başına yat, dəxi məni şirin yuxudan bidar etmə!.. C.Məmmədquluzadə. Bidar olmaq – oyaq olmaq, oyaq qalmaq, yatmamaq. Kəvakib seyrini şəb ta səhər bidar olandan sor. Füzuli. // Ayılmaq, oyanmaq. Seyyidi zar görüb vəslini bidar olmuş. S.Ə.Şirvani. Hər kəs oxuyub elmlə bidar olacaqdır. M.Ə.Sabir. Çöllər yuxudan olunca bidar; Min rəng çiçəklə doldu gülzar. A.Şaiq.
Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)
bidar
oyaq
{uyanık}
Explanatory Turkmen Dictionary (Kyýasowa, 2016)
bidar
[bi:da:r], syp., k. d. Oýa; habarly, hüşgär, seresap, ägä. Ýüzüge gülap suwuny urup bidar kyldylar (“Gül-Senuber”).
Uyghur—Turkish Dictionary (Kurban, 2016)
bidar
f. Uyanık, ayık.