turklehceleri.org

bica

Explanatory Azerbaijani Dictionary (Orucovun, 2006)

bica

sif. və zərf [fars.]
1. Yersiz, münasibətsiz, mənasız. Bica söz. Bica danışıq. – [Müəllim:] Amma uşaq tayfasına o cür sözləri deməyiniz, bir az bicadır. C.Məmmədquluzadə. Anladım mətləbini, etmə məzəmmət bica. A.Səhhət.
2. Bihudə, əbəs, boş-boşuna, nahaq (çox vaxt “bica yerə” şəklində işlənir). Bica əlləşmə. – Düşmə bica yerə sən bu təməixamə, könül. S.Ə.Şirvani. Bica yerə hər ləhzdə min şurü şərin var; Çox pis nəzərin var. M.Ə.Sabir. [Movlamverdi:] Ay bacılar, ay qardaşlar, axır sizin ağlamağınız bicadır. C.Məmmədquluzadə. [Sara:] Atam üçün qüssə edəcəyimdən qorxursansa, o da bicadır. C.Cabbarlı. bica-bica zərf bax bica 2-ci mənada. Həzrət saqqalını bica-bica saxlamayırdı. Ə.Əbülhəsən.

Azerbaijani Thesaurus to Turkish (Çakıroğlu, 2013)

bica

I. yersiz, mə’nasız
{yersiz, manasız}

II. bihudə, əbəs, nahaq
{beyhude, boş, haksız}


Last searches: